Son dəqiqə

Suriya Türkiyə XİN

Xarici siyasətimiz dövlətimizin və millətimizin maraqlarına əsaslanır-Türkiyə XİN

Bakı, TurkicWorld

Türkiyənin Xarici İşlər Nazirliyi Suriya siyasəti ilə bağlı iddialara cavab olaraq, xarici siyasətin dövlətin və millətin maraqlarına əsaslandığını bildirib.

TurkicWorld xəbər verir ki, bəyanatda xarici siyasətin dövlətin və millətin maraqları üzərində qurulduğu bildirilib.

“Türkiyə bu anlayışa əsaslanaraq, güclü tarixi və mədəni bağlara malik olduğu Yaxın Şərqdə sülh, sabitlik və rifahı bərqərar etməyi hədəfləyir. Bu siyasətin qurulmasında beynəlxalq hüquq, bəşəri dəyərlər və qlobal ədalətə nail olmaq əsas prinsiplərimizdir”- bildirilib.

Açıqlamada ölkə olaraq, milli təhlükəsizlik üçün lazımi tədbirləri görməkdən çəkinmədikləri bildirilib və “Türkiyə Suriyada vətəndaş iğtişaşları nəticəsində baş verən humanitar faciəyə qarşı əvvəldən prinsipial mövqe nümayiş etdirib. Xarici siyasətini milli maraqlarına uyğun yeniləyən ölkəmiz milli təhlükəsizliyimizə olan təhdidlərə qarşı lazımi tədbirləri görməkdən çəkinmir. Demokratik ölkələrdə konstruktiv tənqidlə xarici siyasətə töhfə vermək təbii ki, mümkündür. Lakin siyasi qazanc naminə faktların təhrif edilməsi, ideoloji təəssübkeşliyə əsaslanan ittihamlar bu kontekstdə dəyərləndirilə bilməz. Yaxın Şərq və Suriya siyasətimizlə bağlı irəli sürülən iddialar heç bir analitik keyfiyyət daşımır və hətta təməl tarixi biliklərdən belə məhrumdur”-deyə əlavə olunub.

Həmçinin, iddiaların siyasi məqsədlər üçün irəli sürüldüyü bildirilən açıqlamada “Türkiyə bilərəkdən atəş halqasına çevrilmiş bir coğrafiyada sülh və sabitlik adasına çevrilməyi bacarıb. Ölkəmiz nəinki regionda gedən müharibələrdən kənarda qalıb, həm də xalqımızın əmin-amanlığını və təhlükəsizliyini möhkəmləndirib, rifahını artırıb. Bu prosesdə müdafiə qabiliyyətini də inkişaf etdirən ölkəmiz öz coğrafiyasında terroru uğursuzluğa düçar etməklə yanaşı, sərhədlərindən kənarda da ona qarşı mübarizə apara bilib. Bütün bu faktlara məhəl qoymayan, sırf siyasi maraqlar naminə əsassız ittihamlar irəli sürənlərin regionumuza nüfuz etməyə çalışan hakim güclərin vəkillərinə çevrildiklərini də nəzərdən qaçırmaq olmaz. Biz bundan sonra da xarici siyasətdə dövlətimizin və millətimizin maraqlarına uyğun addımlarımızı atacağıq” sözləri əlavə edilib.

Mövzuya görə xəbərlər