Son dəqiqə

ABŞ Donald Tramp

Tramp ABŞ-də yeni raketdən müdafiə sistemi hazırlanmasına söz verib

Bakı.TurkicWorld :

ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp növbəti dəfə qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə yeni raket hücumundan müdafiə sistemini yaratmağa söz verib.

TurkicWorld-in məlumatına görə, bu barədə D.Tramp Virciniya ştatının Çesapik şəhərində keçirilən seçki kampaniyasında çıxışı zamanı deyib.

"Növbəti [prezidentlik] müddətimdə biz ölkəmiz üzərində heç kimin görmədiyi gözəl "Dəmir günbəz" inşa edəcəyik. Bu, tamamilə ABŞ-da tikiləcək ən qabaqcıl raket qalxanı olacaq", - deyə o bildirib.

Mövzuya görə xəbərlər