Son dəqiqə

ABŞ

ABŞ Quru Qoşunları "Patriot" üçün raketlərin istehsalı ilə bağlı müqavilə imzalayıb

Bakı.TurkicWorld :

ABŞ Quru Qoşunları "Lockheed Martin" şirkəti ilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 870 raket istehsalına dair 4,5 milyard dollarlıq müqavilə imzalayıb.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ Quru Qoşunlarının saytında məlumat verilib.

Sənəddə qeyd olunub ki, "Lockheed Martin Missiles and Fire Control" ilə müqavilə 870 PAC-3 MSE raketləri və müvafiq avadanlıqların alınmasını nəzərdə tutur"

Bildirilib ki, "PAC-3 MSE" raketləri "taktiki ballistik raketlər, qanadlı raketlər, hipersəs raketləri və təyyarələr daxil olmaqla təhlükələrin qarşısını ala bilir".

Mövzuya görə xəbərlər