Son dəqiqə

Liviya qeyri-qanuni miqrant

Liviya sahillərində 973 miqrant saxlanılıb

Bakı. TurkicWorld:

Son bir həftə ərzində 973 miqrant Liviya sahillərində saxlanılaraq geri qaytarılıb.

TurkicWorld xəbər verir ki, bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı bəyanat yayıb.

Məlumata görə, Liviya sahillərində 12 miqrantın cəsədləri çıxarılıb. Bu il ərzində orada ümumilikdə 8754 miqrant yaxalanıb, 332 nəfər ölüb, 528 nəfər isə itkin düşüb.

2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 190 nəfər olub.

Mövzuya görə xəbərlər