Bakı. TurkicWorld:
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub.
Hücum edənlərin sayı məlum deyil.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.




