Son dəqiqə

Türkiyə

AVRO-2024: Portuqaliya Türkiyəni məğlub edib

Bakı. TurkicWorld:

Almaniyada keçirilən AVRO-2024-ün F qrupunda II tura yekun vurulub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, günün ikinci matçında Türkiyə və Portuqaliya qarşılaşıb.

F qrupunun liderlərinin görüşündə Portuqaliya böyükhesablı qələbə qazanıb. Kriştiano Ronaldonun komandası Türkiyə yığmasının qapısından 3 cavabsız top keçirib. Bu qələbə portuqaliyalıları 1/8 finala yüksəldib.

Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-da keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, F qrupu
20:00.Türkiyə - Portuqaliya - 0:3
Qollar: Bernardo Silva, 21. Samet Akaydın, 28 (öz qapısına). Bruno Fernandeş, 56
Baş hakim: Feliks Zvayer (Almaniya)
Dortmund. Vestfalenştadion

Mövzuya görə xəbərlər