Bakı.TurkicWorld
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib.
TurkicWorld-un məlumatına görə, Atatürk Hava Limanının Dövlət Qonaq Evində mətbuata qapalı şəraitdə təşkil olunan iclas 1 saat 15 dəqiqə davam edib.
İclasdan sonra verilən yazılı açıqlamada Türkiyə Aviasiya və Aerokosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaradakı müəssisəsində törədilən terror aktı, eləcə də terrorla mübarizdə atılan və atılacaq addımların müzakirə edildiyi bildirilir.
Açıqlamada terrorla mübarizə və terrordan təmizlənən Türkiyə üçün ciddi səylərin davam edəcəyi, ölkə sərhədlərinin ətrafında "terrorustan" qurulmasına əsla yol verilməyəcəyi vurğulanıb.