Bakı,TurkicWorld
Qırğızıstan Prezidenti Sadır Japarov Ankarada terror aktı nəticəsində baş vermiş faciə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
TurkicWorld xəbər verir ki, Japarov baş vermiş terror aktı xəbərini dərin təəssüf hissi ilə qarşıladığını bildirib.
“23 oktyabr 2024-cü ildə Ankarada TUSAŞ şirkətində baş vermiş terror aktı xəbərini dərin təəssüf hissi ilə qarşıladım. Xalqım və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm",- deyə Japarov vurğulayıb.
Həmçinin o, terrorla mübarizədə daim Türkiyəni dəstəkləyini bildirib.
Xatırladaq ki, Türkiyənin paytaxtı Ankarada TUSAŞ-a qarşı terror aktı törədilib. Hücum nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.