Son dəqiqə

Cənubi Koreya

Pxenyan Cənubi Koreya ilə sərhəddə divar tikir

Bakı. TurkicWorld :

Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib. Belə ki, sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünüb. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.

Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək KXDR və Koreya Respublikasını ayıran 240 kilometr uzunluğunda və 4 kilometr enində bufer xəttidir.

O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.

Mövzuya görə xəbərlər