Bakı. TurkicWorld:
KXDR yenidən Koreya Respublikasına zibil balonları göndərir.
TurkicWorld xəbər verir ki, bu barədə Seul rəsmiləri məlumat yayıb. “Şimali Koreya yenidən cənuba doğru zibil balonlarını buraxır”, - deyə Seul meriyası bildirir.
Sonuncu dəfə oxşar hadisə sentyabrın 18-də baş vermişdi. Sentyabrın 4-dən Şimali Koreya beş gün ardıcıl olaraq hava şarlarını havaya buraxıb. Sentyabrın 14 və 15-də aksiya təkrarlanıb. Bu kampaniya mayın sonunda başladılıb və o vaxtdan bəri minlərlə hava şarları buraxılıb.
Bundan əvvəl Pxenyan Cənubi Koreyalı fəalların təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağını bəyan etmişdi.