Son dəqiqə

Şimali Koreya Cənubi Koreya

Şimali Koreya yüzlərlə zibil şarları göndərməyə davam edir

Bakı, TurkicWorld

Şimali Koreya, içərisində zibil olan yüzlərlə şarı Cənubi Koreyaya göndərməyə davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuat orqanları məlumat yayıb.

Açıqlamaya görə, Şimal ölkəyə içərisində kağız və plastik butulkalar olan təxminən 480 şar göndərib və balonların bir hissəsi paytaxt Seulu əhatə edən Gyeonggi bölgəsinə düşüb.

Vətəndaşlara şarlara toxunmamaq və onlara yaxın düşənləri aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Xatırladaq ki, Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyada yaşayan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər.

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya zibil daşıyan 3 mindən çox şar göndərib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər