Bakı.TurkicWorld :
Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs Məkkə şəhərinə həcc ziyarəti zamanı ölənlərin sayı min nəfəri keçib.
TurkicWorld xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, həcc zamanı havanın çox isti keçməsi çoxlu zəvvarların və turistlərin ölümünə əsas səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını bəyan edib.