Son dəqiqə

İsrail ABŞ

ABŞ tezliklə İsrailə F-15-lər və digər silahlar satmaq planlarını açıqlayacaq

Bakı. TurkicWorld:

ABŞ administrasiyası tezliklə İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 qırıcı təyyarəsi də daxil olmaqla böyük silah satışı elan edəcək.

TurkicWorld-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Ağ Evin təzyiqi altında İsrailə silah təhvil verilməsinə qarşı çıxan iki nüfuzlu Demokrat millət vəkili mövqelərini dəyişib. Beləliklə, sazişin Konqres tərəfindən əngəllənməsi ehtimalı azdır və ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İsrailə ən böyük silah satışlarından birinə çevriləcək.

Bildirilib ki, silahlar ABŞ-ın İsrailə verdiyi illik 3,3 milyard dollarlıq hərbi yardım hesabına ödəniləcək. "Politico" qəzetinin məlumatına əsasən, silah paketinə "hava-hava" tipli raketlər daxil olacaq.

Mövzuya görə xəbərlər