Bakı.TurkicWorld :
Perunun şimalında 5,5 bal gücündə zəlzələ baş verib.
TurkicWorld-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 5700 nəfər əhalisi olan Barranka şəhərindən 105 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 100 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.