Son dəqiqə

Böyük Britaniya Rusiya

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Bakı. TurkicWorld:

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 40-dan çox yeni maddə əlavə etməklə siyahını genişləndirib.

TurkicWorld bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, sanksiyalar siyahısına Moskva Birjası da əlavə edilib.

Qeyd edək ki, bu gün İtaliyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti keçiriləcək. Sammitdə müzakirə olunacaq əsas mövzulardan biri Ukraynaya dəstək olacaq.

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan sammitin açılışından əvvəl bildirib ki, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maraqları üçünn istifadə məsələsi ilə bağlı çox yaxşı irəliləyiş əldə ediblər.

Bundan başqa, bu yaxınlarda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkənin baş naziri Rişi Sunakın Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcəyini bildirib.

Mövzuya görə xəbərlər