Son dəqiqə

Ermənistan İran Təbriz Nasir Kənani

Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işlərini həyata keçirməkdədir – İran XİN sözçüsü

Bakı. TurkicWorld:

Ermənistan Təbriz şəhərində baş konsulluğun açılması istiqamətində lazımi hazırlıq işlərini həyata keçirməkdədir.

TurkicWorld-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani 10 iyunda Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən illərdə İran və Ermənistan qarşılıqlı olaraq Qafan və Təbriz şəhərində baş konsulluqların açılması istiqamətində anlaşma memoranduu imzalayıb. Bu anlaşma çərçivəsində İranın Qafanda baş konsulluğu fəaliyyətə başlayıb.

İran XİN rəsmisi bildirib ki, ötən ildə İran xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində Ermənistan tərəfinin Təbriz şəhərində baş konsulluq açması ilə əlaqədar İran tərəfinin razılıq verdiyini elan edib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 4 iyunda Ermənistanın bu il 4 ölkədə diplomatik nümyaəndəliyi yerləşdirmək niyyətində olduğunu və Ermənistanın Təbriz şəhərində baş konsulluq açmasına qərar verildiyini qeyd edib.

Mövzuya görə xəbərlər