Bakı. TurkicWorld:
İsrailin Hərbi Kabinetinin naziri Benni Qantz bazar günü baş nazir Benyamin Netanyahu ilə fikir ayrılıqları səbəbindən hökuməti tərk etmək qərarını açıqlayıb.
TurkicWorld -in məlumatına görə, bu barədə "The Jerusalem Post" nəşri xəbər verib.
"Netanyahu Qəzza zolağında qələbəyə doğru irəliləməyimizə mane olur. Ona görə də bu gün hakimiyyətdən ürək ağrısı ilə ayrılıram", - deyə B.Qantz bildirib.
Bundan əlavə, B.Qantz keçən həftə ABŞ prezidenti Co Baydenin çağırdığı İsrail-Həmas barışıq təklifini dəstəklədiyini bildirib:
"Baş nazirdən bu planı dəstəkləmək üçün lazımi cəsarət göstərməsini tələb edirəm".