Son dəqiqə

Azərbaycan Yaşıl Enerji

Azərbaycan COP29-un keçirilməsində Aİ-nin tam dəstəyinə arxalana bilər - Kristina Lobillo Borrero

Bakı. TurkicWorld:

Azərbaycan COP29-un keçirilməsində Avropa İttifaqının (Aİ) tam dəstəyinə arxalana bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsində deyib.

"COP29-un keçirilməsi enerji təhlükəsizliyimizi artırmaq, bərpa olunan enerjiyə investisiyaları artırmaq, sənaye bazalarımızı möhkəmləndirmək, energetika, ədalətli enerji keçidi və bazarlarımızda ticarətə imkan yaratmaq və şübhəsiz, iqtisadiyyatlarımızı düzgün istiqamətləndirmək, 2050-cı ilədək istixana qazlarının sıfır səviyyəsinə nail olmaq məqsədilə bu ideyaları reallaşdırmaq üçün unikal imkanıdır. COP29-un qlobal uğura çevrilməsi üçün Avropa İttifaqının tam dəstəyinə arxalana bilərsiniz", - o deyib.

Onun sözlərinə görə, xüsusən bərpa olunan enerji sahəsində xüsusi əhəmiyyət kəsb edən iki konkret təşəbbüs var ki, onlardan biri də "yaşıl" enerji dəhlizinin inkişafı üzrə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında tərəfdaşlıqdır.

"Digər ölkələr də bu təşəbbüsdə iştirak etməkdə maraqlı olduqlarını bildirib. İnklüziv yanaşma regional səviyyədə infrastrukturun inkişafı və bazar inteqrasiyasının faydaları artıra bilər. Digər mühüm təşəbbüs Serbiyanın Bərpa Olunan Enerji Agentliyi ilə Avropa daxilində Avropa Külək Enerjisi Federasiyası arasında Xəzər dənizində dəniz külək enerjisinin inkişafına dair sazişdir. Biz unikal potensial və ambisiyaları möhtəşəm şəkildə birləşdiririk. Hesab edirəm ki, bu təşəbbüs böyük potensiala malikdir və bütün tərəflər onun mümkünlüyünü nümayiş etdirmək və həyata keçirmək böyük maraq göstərir", - deyə Kristina Lobillo Borrero əlavə edib.

Mövzuya görə xəbərlər