Son dəqiqə

İbrahim Yumaklı

Türkiyənin süni intellektlə dəstəklənən məhsulu BMT-dən ətraf mühit mükafatı alıb

Bakı. TurkicWorld

Meşə yanğınları ilə daha effektiv mübarizə aparmaq üçün hazırlanan süni intellekt dəstəkli “Qərar Dəstək Sistemi” 1049 layihə arasında ikinci yer tutub.

TurkicWorld xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə (Ekologiya və təbii sərvətlər) Naziri İbrahim Yumaklı, Meşə Ümumi Müdirliyinin (OGM) meşə yanğınları ilə daha effektiv mübarizə aparmaq üçün istifadə etdiyi süni intellektlə dəstəklənən “Qərar Dəstək Sistemi” adlı texnoloji məhsulu Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Telekommunikasiya Birliyi tərəfindən təşkil edilən müsabiqədə 1049 layihə arasında “ətraf mühit” kateqoriyasında ikinci yer aldığını bildirib.

İbrahim Yumaklı Türkiyənin meşə yanğınlarına qarşı həssas olan bir bölgədə yerləşdiyini bildirib. Davamlı olaraq hava və quru gücünü artırdıqlarını və meşələri yanğınlardan qorumaq üçün texnologiyadan istifadə etdiklərini vurğulayan Yumaklı, yanğınla mübarizədə süni intellektə əsaslanan tətbiqlərdən istifadə etməyə başladıqlarını qeyd edib.

Meşə yanğınları ilə daha effektiv mübarizə aparmaq üçün 2022-ci ildən bəri yerli və milli qaynaqlarla hazırlanmış “Yanğın Qərar Dəstək Sistemi”ndən istifadə etdiklərini ifadə edən Yumaklı, “Sistemimiz yanğın anında canlı, ani meteoroloji məlumatlarla torpaq və meşə quruluşunu təhlil edir. Yanğın qruplarının sürətli və effektiv bir şəkildə yanğına müdaxilə etməsini təmin edir.”

Sistem necə işləyir?
Hazırlanmış proqram təminatı ilə yanğın ehtimalını təxmin etmək, yanğının səbəbini müəyyən etmək, yanğın davranışını proqnozlaşdırmaq və mümkün yanğınlara qarşı müdaxilə üsullarını müəyyən etmək mümkündür. Bu proqram vasitəsi ilə yanğına müdaxilə yerləri və müdaxilə çərçivəsində istifadə edilməli olan vasitə və avadanlıqların növü və miqdarı müəyyən edilə bilir.

Meşə yanğınlarında təhlükəni minimuma endirmək, ətraf mühiti, biomüxtəlifliyi, insan və heyvan həyatını qorumaq məqsədiylə sürətli tədbirlər həyata keçirə bilmək üçün ani meteoroloji, coğrafi və meşə məlumatlarından istifadə etməklə coğrafi informasiya sistemi və süni intellektə əsaslanan meşə yanğınlarının modelləşdirilməsi və qərar qəbuluna dəstək sistemi yaradılır.

Qərar Dəstək Sistemi Türkiyə daxilində meşələrin və torpaqların quruluşunu, yanğın qruplarının mövcud yerlərini və meteoroloji məlumatları dərhal işləyərək, hadisə anında həm məlumat verir həm də istiqamətləndiriləcək qrupların sayı, onların hərəkət istiqamətləri, su dəstəyi göstəriləcək yerlər və lazımi avadanlıqlar barəsində xəbərdarlıq edir.

Mövzuya görə xəbərlər