Son dəqiqə

Cənubi Koreya BƏƏ

Cənubi Koreya və BƏƏ arasında saziş imzalanıb

Bakı, TurkicWorld:

Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri ticarət əlaqələrinin genişləndirilməsinə dair saziş imzalayıb.

TurkicWorld xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol iki günlük səfər çərçivəsində ölkəyə gələn BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Tərəflər 10 il müddətində ticarət etdikləri malların 90 faizindən gömrük rüsumlarının qaldırılmasını hədəfləyirlər.

Bundan başqa, iki ölkə arasında enerji, müdafiə və texnologiya sahələrində 19 müqavilə imzalanıb.

Qeyd edək ki, Cənubi Koreya və BƏƏ hərbi sahədə ikitərəfli əməkdaşlığı artırmaq üçün 2023-cü ilin avqustunda yüksək texnologiyalı birgə hərbi təlim təşkil ediblər.

Mövzuya görə xəbərlər