Son dəqiqə

Şimali Koreya Cənubi Koreya

Şimali Koreya ilə Cənubi Koreya sərhəddində gərginlik yaranıb

Bakı, TurkicWorld

Şimali Koreya ilə Cənubi Koreya sərhəddində gərginlik yaranıb.

TurkicWorld xəbər verir ki, Şimali Koreya əsgərləri sərhədi keçdikdən sonra Cənubi Koreya ordusu xəbərdarlıq atəşi açıb.

Cənubi Koreya ordusu, Şimali Koreya əsgərlərinin qısa müddət ərzində sərhədi keçdikdən sonra xəbərdarlıq atəşi açdığını və bunun iyun ayında baş verən üçüncü pozuntu olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, iki Koreya arasında münasibətlər son illərin ən gərgin dövrlərindən birini yaşayır.

İki ölkə 1950-1953-cü illərdə sülh razılaşması ilə deyil, atəşkəslə başa çatan münaqişədən bəri nəzəri olaraq müharibə vəziyyətindədir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər