Son dəqiqə

İran Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı iranlı altı jurnalisti deportasiya edib

Bakı, TurkicWorld:

İranın Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyində çalışan altı dövlət televiziyası jurnalisti Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən deportasiya edilib.

TurkicWorld xəbər verir ki, jurnalistlərdən dördü Məscid-i Nəbəvidə çəkiliş apararkən, ikisi isə iranlı zəvvarların qaldığı oteldə dini mərasimdə iştirak etmək istəyərkən saxlanılıb.

Sözügedən jurnalistlər Səudiyyə Ərəbistanı hökumətinin qərarı ilə ötən gecə deportasiya edilib.

Mövzuya görə xəbərlər