Son dəqiqə

Ukrayna Portuqaliya

Ukrayna Portuqaliya ilə təhlükəsizlik sazişi imzalayıb

Bakı, TurkicWorld:

Ukrayna prezidenti Vladimir Zelenski və Portuqaliyanın baş naziri Luis Monteneqro Lissabonun 126 milyon avroluq hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb.

TurkicWorld xəbər verir ki, saziş 10 il müddətinə bağlanıb.

Saziş çərçivəsində Lissabon F-16 qırıcılarının beynəlxalq koalisiyasında, dəniz koalisiyasında, eləcə də iriçaplı sursatların tədarükü proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib.

Mövzuya görə xəbərlər