Bakı, TurkicWorld
Portuqaliyada Lissabon həbsxanasından qaçan beş təhlükəli məhbus üçün beynəlxalq axtarış elan edilib
TurkicWorld xəbər verir ki, səlahiyyətli şəxslər məhkumların zorakılığa meylli olduqlarını və azadlıq üçün hər şeyi edə biləcəklərini açıqlayıblar .
Məhkumlar narkotik ticarəti, çirkli pulların yuyulması, oğurluq və digər ciddi cinayətlərə görə 7 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilmişdilər. Onların arasında 2 portuqal, 1 argentinalı, 1 britaniyalı və 1 gürcü var.
Qaçış hadisəsi ilə əlaqədar ölkə daxilində bütün təhlükəsizlik sistemləri aktivləşdirilib, Interpol və Europol-a məlumat verilərək, beynəlxalq axtarış üçün həbs orderləri çıxarılıb.
Məhkumların həbsxana divarından kənarda qoyulmuş nərdivanla qaçdığı və məsələ ilə bağlı həbsxana rəhbərliyinə qarşı istintaqın davam etdiyi bildirilib.
Qeyd edək ki, Vale de Judeus uzunmüddətli məhbusların və çoxlu sayda xarici məhbusların da saxlandığı böyük həbsxana kimi tanınır.