Bakı, TurkicWorld:
Rusiya Taliban hərəkatının ölkədə qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
O, Talibanın terror təşkilatı statusunun götürülməsi ilə bağlı işlərinin başa çatdığını və işin nəticələrinin Kremlə göndərildiyini bildirib.
Qeyd edək ki, Rusiya 2003-cü ildə Talibanı qadağan olunmuş terror təşkilatları siyahısına daxil edib.







