Son dəqiqə

İtaliya

İtaliya BMT-nin fələstinli qaçqınlarla bağlı agentliyinə maliyyə yardımını bərpa edir

Bakı. TurkicWorld:

İtaliya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə yardımını bərpa edir.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antoni Tayani Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşü zamanı deyib.

Nazir qeyd edib agentlik üçün nəzərdə tutulan 35 milyon avroluq yardım paketindən 5 milyon avronu UNRWA layihələrinə, qalanının isə "Qəzza üçün qida" təşəbbüsünə ayrılacaq.

Qeyd edək ki, 7 oktyabr HAMAS-ın İsrailə hücumundan sonra İsrail tərəfinin BMT Agentliyin bəzi işçilərinin əli olması ilə bağlı ittihamlarından sonra İtaliya UNRWA-ya yardımı əngəlləyən ölkələrdən biri olub.

Mövzuya görə xəbərlər