Bakı, TurkicWorld
İtaliya Türkiyəni G7 ticarət nazirlərinin toplantısına dəvət edib.
TurkicWorld xəbər verir ki, bu barədə İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.
O, qlobal iqtisadiyyatın problemlərinin həllində prioritet olaraq gördükləri ölkələrə G7-nin qapılarını açacaqlarını və Türkiyə də daxil olmaqla 6 ölkəni dəvət etdiklərini bildirib.
Tajani iyulun 16-17-də İtaliyanın cənubundakı Reggio Calabria şəhərində G7 ölkələrinin ticarət nazirlərini qəbul edəcək.
Tajani bildirib ki, G7 ticarət nazirlərinin görüşü dörd prioritet məsələyə yönələcək: Ümumdünya Ticarət Təşkilatının islahatları vasitəsilə çoxtərəfli ticarət sisteminin gücləndirilməsi, qlobal bazarlarda bərabər rəqabət şəraitinin təmin edilməsi, ticarətdə ekoloji dayanıqlığın təşviqi və iqtisadi dayanıqlığın və təhlükəsizliyin artırılması.
"G7 qapalı deyil, açıq təşkilat olmalıdır. Buna görə də mən milyardlarla insanın yaşadığı Braziliya, Cənubi Koreya, Vyetnam, Türkiyə, Yeni Zelandiya və Hindistanın iştirakını istədim” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu