Son dəqiqə

İtaliya

Etna vulkanı yenidən fəallaşıb

Bakı. TurkicWorld:

İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lava püskürməyə başlayıb.

TurkicWorld xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın Voraqin kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb, kül dumanının hündürlüyü 6 kilometr yüksəkliyə çatıb.

Voraqin kraterinin hündürlüyünün yığılmış lava səbəbindən 3369 metrə çatdığı və hazırda vulkanın ən hündür nöqtəsi olduğu açıqlanıb.

Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır. İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etnada ildə bir neçə dəfə fəallıq müşahidə edilir.

Mövzuya görə xəbərlər