Son dəqiqə

Yeni Kaledoniya

Yeni Kaledoniyada ölənlərin sayı 7-yə çatıb

Bakı, TurkicWorld:

Fransız təhlükəsizlik qüvvələri və hökumətin yerli xalqın seçkilərdə təsirini azaldacaq konstitusiya təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarları arasında baş verən qarşıdurmalarda ölənlərin sayı 7-yə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın paytaxtı Noumea şəhər Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, hadisə səbəbilə bir müddət ticari uçuşlara qapalı olan Noumea hava limanı mayın 28-dək bağlı qalacaq.

Bundan əlavə, Yeni Kaledoniyanın Grande Terre şəhərində iyunun 17-dək təhsil dayandırılıb.

Mövzuya görə xəbərlər