Son dəqiqə

Avropa İttifaqı

Aİ-nin Ermənistandakı nümayəndəsi Türkiyə ilə sərhədə gedib

Bakı. TurkicWorld:

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəsi Vasilis Maraqos ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan Türkiyə ilə sərhədə gedib.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Badasyan Aİ nümayəndəsini əsaslı təmiri başa çatmış "Marqara" nəzarət-buraxılış məntəqəsini göstərib, eləcə məntəqənin infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış edib.

Qeyd olunub ki, "Marqara" nəzarət-buraxılış məntəqəsində dövlət sərhəd nəzarəti "vahid pəncərə" sistemi üzərindən kompleks sərhəd idarəetmə prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında sərhədlər 1993-cü ildən bağlıdır.

Mövzuya görə xəbərlər