Son dəqiqə

Böyük Britaniya

Culian Assanj Böyük Britaniya həbsxanasından azadlığa buraxılıb

Bakı. TurkicWorld:

"WikiLeaks"in qurucusu Culian Assanj 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından buraxılaraq təyyarə ilə Böyük Britaniyanı tərk edib.

TurkicWorld-un məlumatına görə, bu barədə təşkilat "X" sosial şəbəkəsində bildirib.

"O, içərisində 1901 gün qaldıqdan sonra, iyunun 24-də səhər saatlarında Belmarş yüksək təhlükəsizlik həbsxanasını tərk etdi", - deyə qeyd edilib. Bildirilib ki, C.Assanj London Ali Məhkəməsinin qərarı ilə girov müqabilində azadlığa buraxılıb.

"WikiLeaks", həmçinin Amerika məhkəməsinin C.Assanj və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilatın sözlərinə görə, hələ ki, “rəsmi olaraq yekunlaşdırılmayıb”.

Mövzuya görə xəbərlər