Son dəqiqə

İran

İranda prezident seçkiləri ilə bağlı qanuna dəyişikliklər təsdiqlənib

Bakı, TurkicWorld:

İranın hakimiyyət orqanları erkən seçkilər keçirmək üçün prezident seçkiləri qanununa düzəlişi təsdiqləyib.

TurkicWorld xəbər verir ki, seçki qanununa edilən dəyişiklik prezident seçkilərinin daha erkən tarixdə keçirilməsini nəzərdə tutur.

Belə ki, prezidentliyə namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək, erkən səsvermə isə iyunun 28-də keçiriləcək.

Yeni seçilən prezident 4 il müddətinə vəzifəsini icra edəcək.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər