Son dəqiqə

Dmitri Peskov

Ermənistan tərəfinin xahişi ilə rus sərhədçilər Türkiyə və İran sərhədində qalacaq - Peskov

Bakı. TurkicWorld:

Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan görüş zamanı Ermənistanın bir sıra vilayətindən rusiyalı sərhədçilərin və hərbçilərin çıxarılması razılaşdırılıb.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, rusiyalı sərhədçilər Ermənistanın Türkiyə və İran sərhədində qalacaqlar.

"Bəli, bu həqiqətən belədir. 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə bizim sərhədçilər və hərbçilər Ermənistanın bir sıra vilayətlərində yerləşdirilib. Paşinyan deyib ki, bu gün dəyişən şərtlərlə bağlı artıq buna ehtiyac yoxdur, bu səbəbdən prezident Putin razılaşıb. Ermənistanın xahişi ilə sərhədçilərimiz Ermənistan-Türkiyə və Ermənistan–İran sərhədində qalaraq öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər", - o əlavə edib.

Qeyd edək ki, mayın 8-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Mövzuya görə xəbərlər