Putinin qrafikində hələlik Paşinyanla əlaqə saxlamaq yoxdur - Peskov

Putinin qrafikində hələlik Paşinyanla əlaqə saxlamaq yoxdur - Peskov

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putinin qrafikində hələlik Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Xeyr, hazırda yüksək səviyyədə təmaslar qrafikdə nəzərdə tutulmayıb", - o deyib.

Peskov qeyd edib ki, zərurət olarsa, bu cür təmaslar operativ şəkildə təşkil oluna bilər.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İrəvandan birgə strukturlarda, o cümlədən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öhdəliklərin icrası və iştirakla bağlı cavab gözlədiyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan isə İrəvanın KTMT-də üzvlüyünü dondura biləcəyini deyib.