Son dəqiqə

Ermənistan

Ermənistan Baş Prokurorluğu Köçəryanın əmlakının müsadirə olunmasını tələb edir

Bakı. TurkicWorld:

Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Robert Köçəryanın və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın onlarla əmlakının və yüz milyonlarla dollar dəyərində vəsaitinin qanunsuz yolla əldə edildiyini hesab edərək müsadirəsini tələb edir.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan dövlət-hüquq məsələləri üzrə parlament komissiyasının iclasında deyib.

Belə ki, hüquq-mühafizə orqanları Köçəryan və onunla əlaqəli şəxslərin 25 ədəd daşınmaz əmlakını və on milyonlarla dollar dəyərində vəsaitini müsadirə etmək istəyir.

Bundan başqa, Baş prokurorluq Ermənistanın keçmiş prezidentinin 5 nəqliyyat vasitəsini və 4 milyon dollar dəyərində səhmlərini dövlətin xeyrinə müsadirə etmək niyyətindədir.

Həmçinin, Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində iştirakı dayandırıla bilər.

Ermənistan Baş prokurorluğu Tsarukyan və onunla əlaqəli şəxslərə məxsus 79 ədəd daşınmaz əmlakın və 42 ədəd nəqliyyat vasitəsinin müsadirəsini tələb edib.

Mövzuya görə xəbərlər