Rusiya Müdafiə Nazirliyi 70-ə yaxın PUA-nı məhv edib

Rusiya Müdafiə Nazirliyi 70-ə yaxın PUA-nı məhv edib

Bakı, TurkicWorld:

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Krasnodar diyarı və Krım üzərində Ukrayna Silahlı Qüvvələrinin 68 PUA-nı məhv edib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, 66 pilotsuz uçuş aparatı Krasnodar diyarı, daha ikisi isə Krım yarımadası üzərində ələ keçirilib.