Bakı, TurkicWorld:
Çexiya gələn ay Ukraynaya 180 min artilleriya mərmisi çatdırmağı hədəfləyir.
TurkicWorld xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel bildirib.
“Müharibənin davam etdirilməsinin mənası olmadığını və Rusiyanın bundan sonra hərbi uğur əldə etməyəcəyini açıq şəkildə nümayiş etdirmək üçün Ukraynanı hər cür dəstəkləmək vacibdir”, - deyə Pavel qeyd edib.