Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir - Peskov

Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir - Peskov

Bakı. TurkicWorld:

Kreml NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfərini diqqətlə izləyir.

TurkicWorld rus KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, NATO-nun Cənubi Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyi Kremlə yaxşı məlumdur.

"Bununla belə, bu təmaslar Qafqaz dövlətlərinin suveren hüququdur. Əlbəttə, biz diqqətlə izləyirik, lakin əsasən region ölkələri ilə malik olduğumuz ikitərəfli münasibətlərə və əməkdaşlıq vasitələrimizə fokuslanmaq niyyətindəyik", - deyə Kreml nümayəndəsi əlavə edib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza səfəri çərçivəsində martın 17-də ilk dəfə Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Baş katibin Azərbaycana səfəri martın 18-də başa çatıb. Azərbaycandan sonra Gürcüstana yola düşən Yens Stoltenberq martın 19-da Ermənistana səfər edib.