İran və İsraili bölgədəki gərginliyi artırmamağa çağırırıq - NATO

İran və İsraili bölgədəki gərginliyi artırmamağa çağırırıq - NATO

Bakı. TurkicWorld:

İran və İsraili bölgədəki gərginliyi artırmamağa çağırırıq.

TurkicWorld xəbər verir ki, bu barədə NATO sözçüsü Farah Dakhlallah X hesabında verdiyi açıqlamada qeyd edib.

"Alyans İranın ötən gecə gərginliyi artırmasını pisləyir və tərəfəri mülayim olmağa çağırır" – deyə o bildirib.

Dakhlallah bildirib ki, Yaxın Şərqdəki münaqişənin nəzarətdən çıxmaması həyati əhəmiyyət kəsb edir.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən (şənbə) iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

Hafiz Rufizoğlu