Ukraynanın NATO-ya daxil olması Rusiya üçün qəbuledilməzdir - Səfir

Ukraynanın NATO-ya daxil olması Rusiya üçün qəbuledilməzdir - Səfir

Bakı. TurkicWorld :

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Ukraynanın NATO-ya daxil olmasının Rusiya üçün tamamilə qəbuledilməz olduğunu deyib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın NATO-ya daxil olması heç bir halda bizim üçün qəbuledilən deyil. Bu, Rusiyanın milli təhlükəsizliyi üçün təhdiddir", - deyə səfir bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının sonunda Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq üçün sürətləndirilmiş qaydada müraciət edəcəyini bildirib. Bununla belə, NATO baş katibi Yens Stoltenberq Ukraynanın münaqişə vəziyyətində olduğu müddətcə İttifaqın tamhüquqlu üzvü ola biləcəyini istisna edib.