Son dəqiqə

ABŞ Entoni Blinken Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının XİN rəhbəri amerikalı həmkarı ilə Qəzzada son vəziyyəti müzakirə edib

Bakı, TurkicWorld:

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin binasında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş ABŞ-Körfəz Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tutub.

Görüşdə Qəzza zolağı və Rəfahdakı son hadisələr, dərhal atəşkəsin vacibliyi və Qəzzəyə təcili humanitar yardımların daxil olması üçün göstərilən səylər müzakirə edilib.

Bundan başqa, Blinken son bir neçə həftədə Qəzzada humanitar vəziyyətlə bağlı irəliləyiş əldə edildiyini bildirib.

Mövzuya görə xəbərlər