Rusiya talibanla dialoq aparır - Peskov

Rusiya talibanla dialoq aparır - Peskov

Bakı. TurkicWorld:

Rusiya Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ilə dialoq aparır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu dialoq mühüm məsələlərin həlli üçün zəruridir.

"Məsələ orasındadır ki, bu bizimlə yanaşı olan ölkədir. Bu və ya digər halda biz onlarla ünsiyyətdə oluruq. Biz zəruri məsələləri həll etməliyik. Bu da dialoq tələb edir. Faktiki olaraq, hamı kimi biz də onlarla ünsiyyətdə oluruq. Onlar de-fakto Əfqanıstanda hakimiyyətdədirlər", - deyə Kreml nümayəndəsi bildirib.