Son dəqiqə

Rusiya Dmitri Peskov

Putinin adından istifadə etmələri xoşumuza gəlmir - Peskov

Bakı, TurkicWorld

Rusiya Prezidenti Vladimir Putinin adı ABŞ-dakı daxili siyasi mübarizədə alət kimi istifadə olunur.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə, hər iki namizədin öz çıxışlarında prezidentimizin adını qeyd etmələrinə diqqət yetirdik. Putin soyadı ABŞ-dəki daxili siyasi mübarizədə alət kimi istifadə olunur. Bu, bizim xoşumuza gəlmir və ümid edirik ki, prezidentimizin adını belə mübarizələrdən kənarda saxlayacaqlar", - Peskov bildirib.

Qeyd edək ki, Trampla Harrisin debatı Bakı vaxtı ilə bu gün səhər saatlarında baş tutub. Debat 1 saat 45 dəqiqə davam edib. Debatın mövzularından biri də Rusiya-Ukrayna münaqişəsi olub. Hər iki tərəf çıxışı zamanı dəfələrlə Vladimir Putin və Rusiyanın adını çəkib.

Mövzuya görə xəbərlər