Son dəqiqə

ABŞ Rusiya Dmitri Peskov

Kremli ABŞ-dəki seçkilər maraqlandırmır - Peskov

Bakı, TurkicWorld

Rusiyanı ABŞ-dəki seçkilər maraqlandırmır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilmək barədə qərarına cavab olaraq bildirib ki, bu Rusiyanın gündəmi üçün prioritet mövzu ola bilməz.

"Bu mövzu bizi deyil, daha çox amerikalı seçiciləri narahat etməlidir. Bizim üçün əsas olan öz qayğılarımız, öz problemlərimiz, Ukraynadakı xüsusi hərbi əməliyyat və hədəflərin əldə olunmasıdır", - o deyib.

Peskovun sözlərinə görə, Kreml Harrisin Rusiya-ABŞ münasibətlərinə ciddi töhfəsini görmədiyindən onun namizədliyini qiymətləndirə bilmir.

"Qeyri-dost ritorika ilə dolu bəzi bəyanatlar olub, müsbət və ya mənfi digər fəaliyyət qeydə alınmayıb", - deyə Kreml nümayəndəsi əlavə edib.

Mövzuya görə xəbərlər