Bakı, TurkicWorld
Ankaradakı əsir mübadiləsi əməliyyatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) arasında çətin danışıqlar yolu ilə həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Ankarada Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərliyi altında Rusiya ilə Qərb arasında aparılan barter əməliyyatı ilə bağlı jurnalistlərə açıqlamalar verib.
“Bu iş, əlbəttə ki, çox çətin danışıqlar, çox mürəkkəb saziş zəncirlərinin yaradılması, çoxlu sayda ölkələrin iştirakını tələb edirdi.” – deyə o qeyd edib.
Mübadilə Rusiyanın Ukrayna ilə sülh sazişi imzalamaq üçün güzəştə getməyə hazır olduğuna işarədirmi sualına cavab verən Peskov bunların tamamilə fərqli vəziyyətlər olduğunu vurğulayıb.
Peskov qeyd edib ki, xaricdə saxlanılan rusiyalıların azad edilməsi üçün səylər davam etdiriləcək.
Xatırladaq ki, Ankarada aparılan təmizləmə əməliyyatı çərçivəsində 2-si ABŞ, 1-i Almaniya, Polşa, Sloveniya, Norveç və Rusiyadan olmaqla 7 təyyarə ilə 26 nəfər Türkiyəyə təhvil verilib.
Əməliyyat nəticəsində 2-si uşaq olmaqla 10 girov Rusiyaya, 13 girov Almaniyaya, 3 girov isə ABŞ-a təslim edilib.
Hafiz Rufizoğlu