Son dəqiqə

Çin Gürcüstan

Gürcüstan vətəndaşları Çinə vizasız səfər edə biləcəklər

Bakı, TurkicWorld:

Gürcüstan vətəndaşları bu il mayın 28-dən Çin Xalq Respublikasına vizasız səfər edə biləcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Gürcüstan və Çin arasında tətbiq edilən vizasız rejim iki ölkə arasında qurulan strateji tərəfdaşlığın növbəti ifadəsi və əməkdaşlığın daha bir mühüm real nəticəsidir”, - deyə Gürcüstan XİN-in bəyanatında deyilir.

Mövzuya görə xəbərlər