Son dəqiqə

Çin Filippin

Çin Filippinə sərt reaksiya verib

Bakı, TurkicWorld:

Çin Filippini təxribatlarına dərhal son qoymağa və problemlərin mümkün qədər tez danışıqlar yolu ilə həlli yoluna qayıtmağa çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin məlumat verib.

“Filippin təxribatçı hərəkətlərini davam etdirəcəyi təqdirdə Çin lazımi tədbirləri görərək öz qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək”, - deyə sözçü bildirib.

Vanq son illərdə Filippinin Çinlə əldə edilmiş razılaşmaları pozaraq mövcud vəziyyəti çətinləşdirməyə çalışdığını və xarici güclərə əl ataraq Cənubi Çin dənizindəki gərginliyi daha da artırdığını qeyd edib.

Mövzuya görə xəbərlər