Son dəqiqə

Türkiyə Çin

BYD Türkiyə avtomobil sektoruna 1 milyard dollar sərmayə qoyacaq

Bakı, TurkicWorld

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan Çinin BYD şirkəti ilə Türkiyə Sənaye və Texnologiya Nazirliyi arasında Türkiyəyə təxminən 1 milyard dollarlıq sərmayəni nəzərdə tutan müqavilə imzalanıb.

TurkicWorld xəbər verir ki, BYD, elektrikli avtomobil satışında dünyada birinci yerdə olmaq üçün İlon Maskın Tesla şirkəti ilə rəqabət aparır.

Qeyd edək ki, şirkət ildə 150 min avtomobil istehsal edən yeni fabrika inşa edəcək.

Şirkət 2023-cü ilin sonunda dünyanın ən çox satılan elektrikli avtomobil şirkəti olub. ABŞ nəhəngi bu titulu aprelin əvvəlində yenidən qazanıb.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı iyulun 4-də Çində istehsal olunan elektromobillərə əlavə vergilər tətbiq etdiyini açıqlayıb.

Türkiyə isə iyun ayında Çində istehsal olunan avtomobillərə əlavə 40 faiz gömrük rüsumu tətbiq edib. Rəcəb Tayyib Ərdoğanın iyulun 5-də dərc etdiyi qərar çərçivəsində ölkəyə sərmayə qoyanlar bu vergidən azad edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər