Son dəqiqə

Pakistan

Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində iki terrorçunu məhv edib

Bakı. TurkicWorld:

Pakistan təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva vilayətində keçirdiyi əməliyyat zamanı iki terrorçu məhv edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin idarələrarası ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Məlumata əsasən, ölkənin təhlükəsizlik qüvvələri Dera İsmayıl Xan rayonunda antiterror əməliyyatı keçirib. Onların hədəfi terrorçuların sığınacaqlarından biri olub və bu barədə məlumat yerli təhlükəsizlik orqanları tərəfindən verilib. Silahlı toqquşma nəticəsində iki terrorçu məhv edilib.

Atışma yerindən terrorçuların Pakistan vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdıqları silah, sursat və əldəqayırma partlayıcı qurğular götürülüb.

Mövzuya görə xəbərlər