İranın DİN rəhbəri İnterpol tərəfindən axtarılır

İranın DİN rəhbəri İnterpol tərəfindən axtarılır

Bakı, TurkicWorld

Argentina çərşənbə axşamı İranın daxili işlər naziri Əhməd Vahidinin 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzini hədəf alan partlayışda əli olmaqda ittiham edilərək həbs edilməsini İnterpola müraciət etdiyini bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazirlik bildirib ki, Vahidi hazırda Pakistan və Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibindədir .

Argentina Pakistan və Şri-Lanka hökumətlərindən iranlı naziri həbs edib onlara təhvil verməyi xahiş edib.

Qeyd edək ki, aprelin 12-də Argentina məhkəməsi Tehranı 30 il əvvəl ölkədəki yəhudi icmasına qarşı törədilən iki qanlı hücuma görə məsuliyyət daşıyıb.

1992-ci ildə İsrailin Buenos-Ayresdəki səfirliyinə hücum nəticəsində 29 nəfər həlak olmuşdu. İki il sonra paytaxtda yerləşən İsrail-Argentina Qarşılıqlı Assosiasiyasının (AMİA) mərkəzi partlayıcılarla dolu yük maşını tərəfindən partladılıb, nəticədə 85 nəfər ölüb, 300 nəfər yaralanıb.